...

Bakı-2017: Ruslan Abışovdan master-klass (VİDEO)

İdman Materials 21 Aprel 2017 11:04 (UTC +04:00)
Ruslan Abışov azyaşlı həmkarları üçün master-klass keçib.
Bakı-2017: Ruslan Abışovdan master-klass (VİDEO)

Bakı. Trend:

Azərbaycanın milli futbol komandasının üzvü Ruslan Abışov azyaşlı həmkarları üçün master-klass keçib.

Trend-in məlumatına görə, Bakı-2017 İslam Həmrəyliyi Oyunları ərəfəsində keçirilən ustad dərsi kiçik yaşlı idmançılarda böyük təəssürat yaradıb.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti