...

Bakı-2017: Bədii gimnastika yarışlarının ikinci günü başladı (FOTO)

İdman Materials 13 May 2017 18:34 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışlarının ikinci gününə start verilib.
Bakı-2017: Bədii gimnastika yarışlarının ikinci günü başladı (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışlarının ikinci gününə start verilib.

Trend-in məlumatına görə, bu gün gimnastlar təsnifat mərhələsində lent və gürzlərlə çıxış edirlər.

Azərbaycanı yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edir.

Həmçinin çıxışların yekunu üzrə komanda hesabında medalçılar məlum olacaq.

Yarışların birinci günündən sonra Azərbaycan yığması liderlik edir - 65.250 bal. İkinci yerdə Özbəkistan (62.100 bal), üçüncü yerdə isə Türkiyə komandası (51.300 bal) gedir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti