...

Beynəlxalq Velosipedçilər İttifaqı Maksim Averinlə bağlı qərarını açıqladı

İdman Materials 23 May 2017 12:45 (UTC +04:00)
Beynəlxalq Velosipedçilər İttifaqı Maksim Averinlə bağlı qərarını açıqlayıb.
Beynəlxalq Velosipedçilər İttifaqı Maksim Averinlə bağlı qərarını açıqladı

Bakı. Trend:

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bu ilin martında analizində qəbulu qadağan olunmuş meldonium maddəsi tapılan Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Maksim Averinlə bağlı qərarını açıqlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, bu il martın 10-da Xorvatiyada keçirilən birgünlük "İstiran Spring Trophy" yarışı zamanı M.Averindən götürülən analiz müsbət nəticə verdiyi üçün Beynəlxalq Velosipedçilər İttifaqı və Beynəlxalq Antdopinq Agentliyi (WADA) tərəfindən meldoniumun hansı məqsədlərlə istifadə olunmasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılmışdı.

Araşdırmalar nəticəsində məlum olub ki, ötən ilin dekabrında çiynindən cərrahiyyə əməliyatı olunan M.Averin bu preparatdan həkimin tövsiyəsinə əsasən istifadə edib və bu heç bir halda idman nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət etmir. Bu səbəbdən də Beynəlxalq Velosipedçilər İttifaqı qəbulu qadağan edilmiş meldonium prerapatından ehtiyatsız istifadə faktını yüngülləşdirici hal kimi əldə əsas tutaraq, uzunmüddətli cəzadan vaz keçib və M.Averin 15 ay müddətinə UCI bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb.

Cəza müddəti Maksimin cərrahi əməliyyata məruz qaldığı vaxtdan, yəni 2016-cı ilin dekabr ayından etibarən hesablanır və 2018-ci il martın sonunda başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti