...

“Muğanbank”ın səhmləri qeydiyyata alınıb

İqtisadiyyat Materials 7 Noyabr 2016 12:39 (UTC +04:00)
“Muğanbank” ASC-nin səhmlərin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.
“Muğanbank”ın səhmləri qeydiyyata alınıb

Bakı. Trend:

Noyabrın 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan 40 000 (qırx min) ədəd adi səhmlərin əlavə buraxılışı AZ1001005466 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti