...

Azərbaycanla BMT-nin Avropa İqtisadi Komissiyası arasında əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat Materials 23 Noyabr 2016 16:48 (UTC +04:00)
İqtisadiyyat nazirinin müavini Sahil Babayev BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı direktoru Kristian Fris Baxa ilə görüşüb.
Azərbaycanla BMT-nin Avropa İqtisadi Komissiyası arasında əməkdaşlıq müzakirə olunub

Bakı. Trend:

Gəncədə keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində İqtisadiyyat nazirinin müavini Sahil Babayev BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı direktoru Kristian Fris Baxa ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Gəncə İqtisadi Forumunun əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanla BMT-nin qurumları, xüsusilə UNECE ilə əməkdaşlıq perspektivləri təhlil edilib, iqtisadi analiz, ətraf mühitin tənzimlənməsi, statistika, enerji, nəqliyyat, sənaye, ticarət sahəsində reallaşdırılan layihələrdə əməkdaşlığın genişləndirilməsi, UNECE tərəfindən bu sahələrdə fəaliyyətin analizi, konvensiyaların təkmilləşdirilməsi, tənzimlənməsi və standartların tətbiqi, eləcə də texniki yardımların göstərilməsi məsələləri müzakirə olunub.

Görüşdə həmçinin, Azərbaycanla UNECE arasında əməkdaşlıq imkanları və potensialına dair Çərçivə Memorandumunun hazırlanması barədə razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti