...

MBNP-yə ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib - CƏDVƏL

İqtisadiyyat Materials 19 Aprel 2017 17:51 (UTC +04:00)
Qaydalar aparıcı ölkələrin maliyyə bazarlarına nəzarət orqanlarının təcrübəsindən istifadə edilməklə hazırlanıb.
MBNP-yə ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib - CƏDVƏL

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları” 19 aprel 2017-ci il tarixindən etibarən qüvvəyə minir.

Palatadan Trend-ə verilən məlumata görə, qaydalar aparıcı ölkələrin maliyyə bazarlarına nəzarət orqanlarının təcrübəsindən istifadə edilməklə hazırlanıb.

Qaydalara əsasən MBNP-yə banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.

Nəzarət subyektləri tərəfindən ödənilən haqlar dövri ödənişlər və yığımlar formasında həyata keçirilir. Dövri ödənişlər hər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla müəyyən edilib və rüblük əsasda həyata keçiriləcək.

Qaydalara əsasən, banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanır. Banklar və BOKT-lər tərəfindən ödəniləcək haqlar bu nəzarət subyektlərinin cəmi aktivlərinə əsasən təsnifləşdirilib. Belə ki, cəmi aktivləri 1 milyard manatdan çox olan banklar MBNP-yə sabit olaraq – 800 min manat, cəmi aktivləri 500 milyon-1 milyard manat arası olan banklar – 500 min manat, cəmi aktivləri 500 milyon manatdan az olan banklar isə 300 min manat ödəyir.

Cəmi aktivləri 20 milyondan çox olan BOKT-lər sabit olaraq – 50 min manat, cəmi aktivləri 3-20 milyon arası olan BOKT-lər – 30 min manat, cəmi aktivləri 3 milyon manatdan az olan BOKT-lər isə MBNP-yə 15 min manat ödəyirlər.

Qaydalara əsasən, poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, klirinq təşkilatları, investisiya fondları, investisiya fondlarının idarəçiləri, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarının dövri ödənişləri üçün həmçinin sabit məbləğ müəyyən edilib.

Sığortaçılar və təkrarsığortaçılar üzrə dövri ödənişlər hər rübün sonuna daxil olmuş sığorta və təkrarsığorta haqlarının həcminə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.

Kredit bürolarının dövri ödənişləri cari ildə topladıqları haqlara əsasən hesablanmaqla, mərkəzi depozitarın dövri ödənişləri isə əvvəlki ilin xalis mənfəətinə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.

Qaydalarla təsdiqlənmiş yığımlar MBNP-nin əməkdaşları tərəfindən növbədən kənar (əlavə) yoxlamaların keçirilməsi, həmçinin nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi ilə əlaqədar sərf olunan müddət nəzərə alınmaqla müəyyən edilib. Bütün nəzarət subyektlərində yerində yoxlamaların keçirilməsi zamanı 1 adam/saat üçün 30 manat müəyyənləşdirib.

Təsdiqlənmiş Qaydalara əsasən nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən haqların və yığımların məbləği aşağıdakı cədvəllərə uyğun müəyyən edilib:

Nəzarət subyektlərinin illik dövri ödəniş

CƏDVƏLİ

AZN-lə ifadə edilmişdir

Nəzarət subyekti

Fərqləndirmə meyarı

Ödəniləcək məbləğ

Maksimum hədd

Cəmi aktivləri 1 milyarddan çox

Sabit məbləğ

Cəmi aktivləri 500 milyon – 1 milyard arası

Sabit məbləğ

Cəmi aktivləri 500 milyondan az

Sabit məbləğ

Bank olmayan kredit təşkilatı

Cəmi aktivlər 20 milyondan çox

Sabit məbləğ

Cəmi aktivləri 3-20 milyon arası

Sabit məbləğ

Cəmi aktivləri 3 milyondan az

Sabit məbləğ

Poçt rabitəsinin milli operatoru

Sabit məbləğ

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H* – 30 mln)×1%

Bir sığortaçı üzrə

700 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Sığortaçı (Həyat)

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

198.000 + (H – 30 mln)×1.1%

Bir sığortaçı üzrə

750 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

44.000 + (H – 10 mln)×0.77%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.44%

Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda)

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H – 30 mln)×1%

Bir təkrarsığotaçı üzrə

700.000

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Fond birjası

Sabit məbləğ

İnvestisiya şirkəti

Sabit məbləğ

Mərkəzi depozitar

İllik xalis mənfəətinin 30%

Klirinq təşkilatı

İnvestisiya fondu

İnvestisiya fondunun idarəçisi

Kredit bürosu

Toplanan xidmət haqqının 10%-i

250.000

Lotereya təşkilatçısı

Sabit məbləğ

İdman mərc oyunları operatoru

Sabit məbləğ

YIĞIMLAR CƏDVƏLİ

AZN-lə ifadə edilmişdir

Nəzarət subyektləri

Şərti vahid

Ödəniləcək məbləğ

Yerində yoxlamaların keçirilməsi

Bütün nəzarət subyektləri

1 adam/saat

Attestasiya

bank inzibatçıları

1 nəfər

sığortaçıların rəhbər işçiləri

1 nəfər

investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri

1 nəfər

səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri

1 nəfər

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

*H – İlin əvvəlindən artan yekunla daxil olmuş sığorta və təkrarsığorta haqları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti