...

Azərbaycanın metanol istehsalçısı məhsul ixracına gələn il başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanın metanol istehsalçısı "AzMeCo" məhsul ixracına 2014-cü ildə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə şirkətin direktoru Nizami Piriyev bildirib.

N.Piriyev qeyd edib: "Bizim "AzMeCo" ilə məhsulların satışı üzrə "off-take" sazişinə malik "bp" şirkəti vasitəsilə Gürcüstana metanol ixracı barədə razılaşmamız var. İxrac tikintisi başa çatmaqda olan terminaldan istifadə ilə bağlı bütün razılaşdırılmış sənədlərin təsdiqlənməsindən sonra təxminən 2014-cü ilin yanvarında başlayacaq".

Onun sözlərinə görə, zavod 2014-cü ilin martında tam gücü ilə işə düşəcək:

"Biz yüksək keyfiyyətli metanol istehsal edirik, keyfiyyət 99,98 faizdir ki, bu da dünya standartlarına uyğundur. Hazırda biz sutkada təxminən 1500-1600 ton məhsul istehsal edirik. Karbon qazını tutan qurğuların istismara verilməsindən sonra zavodun istehsal gücü sutkada 2000 tona qədər artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti