...

Şahin Mustafayev və Rusiyanın sənaye və ticarət nazirinin müavinini arasında görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2014 12:56 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanovu qəbul etmişdir.
Şahin Mustafayev və Rusiyanın sənaye və ticarət nazirinin müavinini arasında görüş keçirilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanovu qəbul etmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulamışdır. Bildirilmişdir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və bu imkandan səmərəli istifadə Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafına öz töhfəsini verə bilər.

Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov səmimi qəbula görə təşəkkür etmiş, Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd etmişdir.

Görüşdə sənaye parklarına dair fikir mübadiləsi aparılmış, əczaçılıq və neft maşınqayırması sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda sənaye parklarında yaradılan əlverişli şərait, rezidentlər üçün güzəştlərin tətbiqi iş adamlarına əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin rəhbəri Eldar Tlyabiçev iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti