...

Bank VTB (Azərbaycan) Hesab.az portalına qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2015 10:21 (UTC +04:00)
Artıq Bank VTB (Azərbaycan) müştəriləri də kredit borclarını Hesab.az portalında rahat və təhlükəsiz şəkildə ödəyə bilərlər.
Bank VTB (Azərbaycan) Hesab.az portalına qoşuldu

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Artıq Bank VTB (Azərbaycan) müştəriləri də kredit borclarını Hesab.az portalında rahat və təhlükəsiz şəkildə ödəyə bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, bunun üçün portalda "Banklar və lizinq" bölməsinə daxil olub, maliyyə təşkilatları arasında "Bank VTB (Azərbaycan)"-ı seçmək və ödənişi etmək lazımdır. Qeyd edək ki, kredit ödənişlərinə görə əlavə olaraq heç bir kommisiya haqqı tutulmur.

Hesab.az-da ödənişləri həftənin 7 günü, 24 saat fasiləsiz etmək olar. Saat 17.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə ödənilmiş hesab olunacaq. Hazırda hesab.az portalında yalnız manatla olan kreditləri ödəmək mümkündür.

Hesab.az haqqında

170 mindən çox istifadəçisi olan Hesab.az, GoldenPay şirkətinə məxsus 70-dən çox təşkilata bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada mobil və stasionar telefon operatorlarına, internet provayderlərə, televiziya, kommunal təşkilatlara, lizinq və banklara kreditlərinin ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatrlara bilet belə almaq mümkündür. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 10 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti