...

Daha bir bankın rəhbərliyində ciddi dəyişikliklər oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 15:47 (UTC +04:00)
“Bank BTB” ASC-nin rəhbərliyinin tərkibində dəyişikliklər olub.
Daha bir bankın rəhbərliyində ciddi dəyişikliklər oldu

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Azad Həsənli/

"Bank BTB" ASC-nin rəhbərliyinin tərkibində dəyişikliklər olub. Belə ki, bankın Müşahidə Şurası və İdarə Heyətinin tərkibi dəyişdirilib. Bu barədə Trend-ə bankdan deyiblər.

Ceyhun Paşalı bankın Müşahidə Şurasının sədri təyin edilib. Bununla belə, daha əvvəl bu vəzifəni tutmuş Asim Salamov Müşahidə Şurasının tərkibində qalıb.

Bankdan bildiriblər ki, bundan başqa, Nigar Mehdiyeva Müşahidə Şurasının tərkibindən çıxıb, onun yerinə isə Rza Sadıq seçilib: "Dəyişikliklər bankın İdarə Heyətinin tərkibinə də toxunub: Roma Əliyev və Vüsal Şahverdiyev İdarə Heyətinin yeni üzvləri təyin edilib. Həmçinin, Rövşən Fərhadzadə İdarə Heyəti sədrinin yeni müavini təyin edilib, lakin o, İdarə Heyətinin tərkibinə daxil deyil".

Beləliklə, bankın Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir: Ceyhun Paşalı - Müşahidə Şurasının sədri, Rza Sadıq və Asim Salamov - Müşahidə Şurasının üzvləri.
Bankın İdarə Heyətinin tərkibi: Samir Qocayev - İdarə Heyətinin sədri, Rüfət Abbasov və Rövşən Fərhadzadə - İdarə Heyəti sədrinin müavinləri, Ergin Quliyev, Vüsal Şahverdiyev, Roma Əliyev - İdarə Heyətinin üzvləri.

"Bank BTB"-dən qeyd ediblər ki, cari ayın əvvəlində baş verən dəyişikliklər yeni bazar şəraitlərinə uyğunlaşma ilə əlaqədardır: "Bazar dəyişir və bank daha yaxşı idarəetmə sisteminə keçməyə çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti