...

Bakıda Türkmənistan və Qazaxıstan gəmiləri təmir edilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2016 16:37 (UTC +04:00)
Bu günlərdə “Zığ” gəmi təmiri zavodu Türkmənistan və Qazaxıstan bayrağı altında üzən 4 gəmini təmirə qəbul edib.
Bakıda Türkmənistan və Qazaxıstan gəmiləri təmir edilir (FOTO)

Bakı. Trend:

Bu günlərdə "Zığ" gəmi təmiri zavodu Türkmənistan və Qazaxıstan bayrağı altında üzən 4 gəmini təmirə qəbul edib.

Trend "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat verir ki, onlardan "Wagenborg 107" barjı sifarişdə nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra artıq istismarçıya qaytarılıb.

Hazırda "Şirin" yedək gəmisi, habelə "Soltan" və "Bossan" təchizat-yedək gəmiləri zavodun doklarına qaldırılıb. Onların gövdələrinin təmizlənərək rənglənməsi, baş mühərriklərin, vint-sükan kompleksinin və digər mexanizmlərin təmiri nəzərdə tutulub.

Bu gəmilərin aprelin əvvəllərində sifarışçilərə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC regionda ən güclü gəmi təmiri bazasına malikdir. Gördüyü işin keyfiyyətinə görə tanınan "Bibiheybət" və "Zığ" gəmi təmiri zavodları öz gəmilərimizə texniki xidmət göstərməklə yanaşı, digər ölkələrdən də sifarişlər qəbul edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti