...

"Kaspersky Lab" informasiya təhlükəsizliyi sahəsində startapları dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 11:27 (UTC +04:00)
“Kaspersky Lab” şirkəti sürətlə inkişaf edən kibertəhlükələrlə effektli mübarizə aparmaq üçün yeni texnologiyalar hazırlayan İT-startaplarla iş üzrə strateji təşəbbüsə start verib.
"Kaspersky Lab" informasiya təhlükəsizliyi sahəsində startapları dəstəkləyəcək

Bakı. Trend:

"Kaspersky Lab" şirkəti sürətlə inkişaf edən kibertəhlükələrlə effektli mübarizə aparmaq üçün yeni texnologiyalar hazırlayan İT-startaplarla iş üzrə strateji təşəbbüsə start verib.

Şirkət novatorlara hərtərəfli dəstək vermək və perspektivli layihələrin maliyyələşdirilməsi ilə yanaşı layihə müəlliflərinə "Kaspersky" texnologiyaları və illər ərzində informasiya təhlükəsizliyi sahəsində toplanmış ekspert biliklərindən istifadə etmək imkanlarını yartmaq niyyətindədir.

Sözügedən təşəbbüsün coğrafiyası şirkətin biznes coğrafiyası kimi bütün dünyanı əhatə edir. "Kaspersky Lab" şirkəti "əkin" mərhələsində olan startaplarla əməkdaşlıq etməkdə maraqlıdır.

Şirkət əsas marağı mobil və bulud təhlükəsizliyində problemləri həll edən, İnternetə çıxışı olan əşyaların imkanlarını və zəif yerlərini öyrənən, fiziki təhlükəsizliyi təmin edən, avadanlığın işlənməsinin təhlilini aparan, həmçinin uyğunlaşdırılmış yeni kibermüdafiə texnologiyalarının axtarışını həyata keçirən layihələrə göstərəcək. Hər perspektivli layihəyə ayrılacaq investisiyanın həcmi 1 mln. ABŞ dolları təşkil edə bilər.

"Kaspersky Lab" tərəfindən startaplara göstəriləcək dəstək informasiya təhlükəsizliyi sənayesinin ümumi inkişafına və bu sahəyə innovasiyaların axınına imkan yaradacaq. Hazırlıq proseslərinin maliyyələşdirilməsi və onların qlobal bazarda inkişafına yardım etməklə yanaşı şirkət startaplara özünün artıq hazır həlləri və texnologiyalarından istifadə etmək imkanı verəcək, kibertəhlükələr üzrə geniş bilik bazasından yararlanmağa şərait yaradacaq, həmçinin zərərli proqram təminatı və digər təhlükələrlə uğurlu mübarizəyə dair təcrübəsi ilə bölüşəcək.

"Sözügedən sahədə lider sayılan strateji partnyor tərəfindən göstərilən dəstək - startapın uğuru və inkişafının əsas amillərindən biridir. Biz ambisiyalı layihələrin bazara çıxmasına yardım etmək və informasiya təhlükəsizliyi sahəsi ilə yanaşı insanların həyatını da yaxşılaşdırmaq - onu yalnız kiberməkanda deyil, ümumiyyətlə daha təhlükəsiz etmək niyyətindəyik. Biz artıq startaplarla danışıqlar aparırıq ki, hazırda onlara yaxın gələcəkdə investisiyaların ayrılması məsələsinə baxılır", - deyə "Kaspersky Lab" şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşfiq Məmmədov vurğulayıb.

İnnovasiyalı startapların axtarışı üçün "Kaspersky Lab" şirkəti aparıcı akseleratorlarla əməkdaşlığı inkişaf etdirmək, müsabiqə proqramlarında iştirak etmək və ekosistemin digər iştirakçıları ilə qarşılıqlı əlaqə qurmaq niyyətindədir. Startapçılar həmçinin layihənin təqdimatını [email protected] elektron ünvanına göndərə bilərlər.

"Kaspersky Lab" haqqında:

"Kaspersky Lab" 1997-ci ildən informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Ekspert səviyyəsində bilik və təcrübəyə malik olan şirkət biznesin, dövlət orqanlarının mühüm infrastrukturlarının və dünya üzrə istifadəçilərin təhlükəsizliyini təmin edən müdafiə həllərinin və xidmətlərinin əsasını təşkil edir.

"Kaspersky Lab"ın geniş portfoliosu cihazların müdafiəsi üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kibertəhlükələr ilə mübarizə üçün ixtisaslaşdırılmış həll və xidmətlər təqdim edir. "Kaspersky Lab"ın texnologiyaları 400 milyon istifadəçi və 270 min korporativ müştərini və onlar üçün dəyərli olan məlumatları qoruyur. Daha ətraflı məlumat üçün: www.kaspersky.ru.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti