...

Belarusda Azərbaycan Ticarət evi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2016 17:08 (UTC +04:00)
Belarus malları Azərbaycanda böyük uğurla istifadə olunur.
Belarusda Azərbaycan Ticarət evi yaradılacaq

Bakı. Trend:

Belarus malları Azərbaycanda böyük uğurla istifadə olunur.

Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Minskdə keçirilən Belarus-Azərbaycan biznes-forumunda deyib.

Nazir qeyd edib ki, Azərbaycan-Belarus münasibətləri həm siyasi, həm də sosial-iqtisadi səviyyələrdə çox uğurla inkişaf edir: "Bizim prezidentlərimiz iqtisadi strukturlara qarşılıqlı ticarət dövriyyəsinin 700 milyon dollara çatdırılmasını tapşırıblar. Biz müxtəlif istiqamətlər üzrə əməkdaşlığa cəhd göstəririk".

Ş.Mustafayev bildirib ki, Belarusda Azərbaycan Ticarət evi yaradılacaq: "Əlbəttə, əvvəlcə paytaxt Minskdən başlayacağıq. Daha sonra ticarət nöqtələrinin bütün Belarus üzrə yayılmasını planlaşdırırıq. Ticarət evinin yaradılması ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti