...

“AtaBank”da pul köçürmə sistemləri üzrə aksiya davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2017 15:21 (UTC +04:00)
“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir.
“AtaBank”da pul köçürmə sistemləri üzrə aksiya davam edir

Bakı. Trend:

“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, “AtaBank”ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

500 - 1000 AZN/EUR/USD köçürmə və ya ödəmə üçün - 1 manat

1001 - 2000 AZN/EUR/USD köçürmə və ya ödəmə üçün - 2 manat

2001 - 5000 AZN/EUR/USD köçürmə və ya ödəmə üçün – 3 manat

5001 AZN/EUR/USD artıq məbləğdə köçürmə və ya ödəmə üçün - 5 manat

Hazırda bankımız öz müştərilərinə 6 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Zolotaya Korona, Blizko, Xəzri, Contact və Lider sürətli pul köçürmə sistemləridir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti