...

SAHİBKARLARIN PROBLEMLƏRİNİ HƏLL ETMƏK ÜÇÜN SAHİBKARLIQ ŞURASININ İŞÇİ QRUPUNUN SƏYYAR İCLASININ KEÇİRİLMƏSİ PLANLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2005 16:25 (UTC +04:00)

Azərbaycan prezidenti yanındaSahibkarlar Şurasının regional inkişafı üzrə işçi qrupuölkənin regionlarında işgüzar mühitdəki vəziyyətlə bağlı müzakirələri genişləndirməyi planlaşdırıb. İşçi qrupunun rəhbəri, AzinshaatHolding-in prezidenti Natiq Şirinzadə Trend ə bildirdiyinə görə, iclasdan sonra regionlardan alınan materiallar bu məsələnin həllilə bağlı aparılan sorğular və müzakirələrin faydalı olduğunu sübut edir. Materiallar mayın 17-də, sahibkarların müvafiq sorğusunun müzakirəsi ilə bağlı aparılan iclasda səsləndirilib.

"Bizim təcrübənin effektivliyi ilə əlaqədar həmin regionlarda mövcudproblemlərin aradan qaldırılması üçün işçi qrupunun iclaslarının keçirilməsi nəzərdən keçirilir. Biz ilk səyyar iclası İsmayıllıda keçirmək istəyirik. Hesab edirəm ki, sahibkarların İcra hakimiyyəti ilə dialoqu uğurlu olacaq və regional inkişaf üzrə işçi qrupunu orada iclasını keçirmək mümkün olacaq. İclasınmüddəti qrupun üzvlərinin kommersiya fəaliyyətindən asılı olacaq ", - deyə N.Şirinzadə qeyd edib.

Qeyd edək ki, Azərbaycan prezidenti yanında Sahibkarlar Şurasının regional inkişaf üzrə işçi qrupu Azərbaycanın bütün iqtisadi zonaları üzrə 200 sahibkar arasında sorğu keçirib. Sorğunun gedişində məlum olub ki, regionların əksəriyyəti üçün ümumi problem komunnal təchizatı, yol infrastrukturlarının kifayət qədər inkişaf etməməsi, bank kreditlərini alınması, bazarın inhisarlaşması,sanitar-epidemioloji xidimətlərlə, vergi və gömrük xidmətləri ilə bağlıdır. Bununla yanaşı, qeydiyyatla bağlı, icra hakimiyyətlərilə münasibətlər, məhkəmə orqanlarında ədalətsizliklər, sahibkarların müdafiəsilə bağlı qanunvericiliyin tətbiqində problemlər də mövcuddur.

 

 

Xəbər lenti

Xəbər lenti