...

AZƏRBAYCANLI SAHİBKARLARDAN İBARƏT İKİKNCİ NÜMAYƏNDƏ HEYƏTİ ŞİMALİ KİPRƏ SƏFƏR EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2005 13:24 (UTC +04:00)

Azərbaycanlı sahibkarlardan ibarət ikinci nümayəndə heyəti bu gün Şimali Kiprə yola düşüb. Trend in məlumatına görə, səfərin işgüzar hissəsi iyulun 28-də Lefkoşada Şəhidlərə Xatirə Abidəsini ziyarət etməklə başlayacaq. Bundan sonra Şimali Kipr Türk Respublikasının (ŞKTR) keçmiş prezidenti Rauf Denktaşın iştirakı ilə brifinq keçiriləcək.

Günorta "Saray" mehmanxanasında azərbaycanlı sahibkarların ŞKTR-ının prezidenti Mehmet Əli Tələtlə görüşü keçiriləcək. Sonra iqtisadiyyat və turizm naziri Dərviş Kamal Dənizlə, baş nazir Fərdi Sabit Soyərlə XİN başçısı Sədar Denktaşla görüşəcəklər.

Cümə günü, iyulun 29-da Yaxın Şərq Universitetində Kipr-Azərbaycan biznes-forumu keçiriləcək. Tədbirdə Azərbaycan -Türkiyə Sahibkarlar Birliyi (ATIB) ilə Şimali Kiprin Sənaye Palatası (KTSO) arasında əməkdaşlıq barədə protokol imzalanacaq. Forumdan dərhal sonra iqtisadi seminar keçiriləcək. Burada Azərbaycanın Gənc iqtisadçılar İttifaqının sədri Azər Əmiraslanov çıxış edəcək.

İyulun30-da azərbaycanlı sahibkarlarının mətbuat konfransının keçirləcəyi planlaşdırılıb. Elə həmin gün 86 biznesmen və jurnalist Gözəlyurd şəhəriniziyarət edəcək və bundan sonra Kiprin türk icmasının keçmiş lideri Rauf Denktaşla ikinci görüş keçiriləcək. İyulun 31-də Bakı vaxtı ilə saat 04.00-də nümyaəndə heyəti Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında sahibkarlığın inkişafı departamentinin direktoru Əlihüseyn Şalıyevin başçılıq etdiyi birinci nümayəndə heyətinin Şimali Kiprə səfəri iyulun 28-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti