...

Azərbaycanın istilik təchizatı haqqında qanunun qəbul edilməsi zərurəti mövcuddur

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2005 19:55 (UTC +04:00)

Azəristiliktəhcizat SC Azərbaycanın istilik təchizatı haqqında qanunun qəbul edilməsini təklif edir.Bu barədə Trend ə Azəristiliktəhcizat SC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, ölkədə hazırda belə bir qanun yoxdur.Hazırda istilik təchizatı məsələləri energetika haqqında qanun vasitəsilə tənzimlənir, bu isə kifayət deyil.

"Bu sektor istilik-energetika sektorunun bir hissəsi kimi inkişaf etdirilir, buna görə də ayrıca müvafiq qanunun qəbul edilməsi zərurəti mövcuddur.Qanunda hökumətin bu istiqamətdə siyasəti və istilik təchizatı qaydalarınin tənzimlənməsi öz əksini tapmalıdır" -deyə o bildirib.

İ.Mirzəliyev qeyd edib ki, qanun layihəsinin işlənib-hazırlanması 2007-2008-ci illərdə ola bilər.

"Bu istiqamətdə dünya siyasəti mövcuddur, bir çox ölkələrdə belə qanunlar qəbul edilib.Praktikanı öyrənmək üçün biz dünyanın təxminən 20 ölkəsinin qanununu əldə etmişik" -deyə SC nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti