Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov MDB ölkələrinin aqrosənaye kompleks məsələləri üzrə Hökumətlərarası Şurasının XVIII iclasında iştirak edir. Nazirlikdən Trend ə verilən məlumata görə, tədbir öz işinə oktyabrın 25-də Sudak şəhərində (Krım) başlayıb.
İclas çərçivəsində İ.Abbasovun MDB ölkələrinin aqrar sahələrində çalışan nümayəndələrlə görüşü və Birlik ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Nazirlikdən verilən məlumata görə, iclas oktyabrın 28-də başa çatacaq.