...

Bank Standard –ın "20-06" aksiyası müştəri bazasının genişlənməsinə səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 19:18 (UTC +04:00)

Bank Standard-ın "20-06" adı altında keçirdiyi yeni aksiya çərçivəsində noyabrın 15-dən banka əlavə olaraq 152 əmanətçi cəlb olunub. Trend in məlumatına görə, bu barədə dekabrın 6-da bankeın müştəri xidmətləri Departamentinin direktoru Cahangir Axundov mətbuat kofnransında bildirib. Bu aksiya dekabrın 31-dək davam edəcək. Lakin artıq bu gün cəlb olunmuş depozitlərin həcmi $629 976, Avropa valyutası ilə 10 min avrodan artıq, milli valyuta ilə isə 120 mln manata çatıb.

Aksiyanın şərtlərinə görə, onun iştirakçıları bankın istənilən ofisində noyabrın 15-dən dekabrın 31-dək hesab açmış iştirakçılarıdır.

Aksiyada iştirak edən şəxsin əmanətinin məbləği azı $500 və çoxu isə yeni manatla 10 000 min (dollar və ya avro) olmalıdır. İllik 20,06 % olmaqla mükafat aksiyanın davam etdiyi dövrdə hər on əmanətdən birinə verilir. Özü də bu dərəcə depozit əmanətin bütün fəaliyyət müddəti dövründə qüvvədədir.

Qeyd edək ki, bu gün Bank Standard beş əmanət növü üzrə xidmət göstərir. Bu yaxınlarda bankın səhmdarları depozitlər üzrə ümumi faiz dərəcələrini illik 1,5%-dən 2% -dək artırmağı qərara alıblar.

Xəbər lenti

Xəbər lenti