...

2006-cı ildə "Millikart" kommersiya banklarının ixtiyarına verilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2006 12:47 (UTC +04:00)

2006-cı ildən Azərbaycan Milli Bankı (AMB) tərəfindən təsis olunan "Millikart" pressinq mərkəzi ölkənin kommersiya banklarının sərəncamına verilə bilər. Bu barədə Trend ə AMB-nın İdarə Heyətinin sədri Alim Quliyev məlumat verib. Onun sözlərinə görə, ödəmə sisteminin inkişafı proqramı ilə bağlı prezidentin fərmanında həmçinin göstərilib ki, 3 ildən sonra mərkəz banklara veriləcək. "Lakin "Millikart"ın işinə maraq artıq bir ildən sonra yaranıb və Milli Bank bu təşəbbüsü dəstəkləyir", - deyə A.Quliyev bildirib. Bu zaman o, gələn ildən etibarən bunun baş verəcəyini istisna etməyib.

Hazırda "Millikart"a beş bank - Azərdəmiryolbank, AFBank, Debütbank, Gəncəbank və Azərtürkbank qoşulub. MB-nın sədr müavinin sözlərinə görə, indiyə kimi bu mərkəz vasitəsilə Azərdəmiryolbank Iisa International beynəlxalq ödəniş sistemi kartları ilə xidmət göstərib. Lakin yanvarın 15-dən MasterCard sistemi kartları da fəaliyyət göstərəcək. Bu, "Millikart"ın hər iki ödəniş sisteminin sertifikatlaşdırılmasını başa çatdırdıqdan sonra mümkün ola bilər. İndiyə kimi plastik bazarda Azərdəmiryolbank biznesinin dörddə birini "Millikart" vasitəsilə həyata keçirib. Lakin sədr müavini bildirib ki, yanvarın ortalarından bu tamamilə həyata keçiriləcək. Yeri gəlmişkən, beynəxjalq ödəniş sistemlərində yeni mərkəzin sertifaikatlaşdırılması ödəniş sisteminin tamhüquqlu üzvü olan Azərdəmiryolbank vasitəsilə həyat keçirilir.

A.Quliyevin sözlərinə görə, bu gün bir çox banklar "Millikart" vasitəsilə işləmək istəyən banklar çoxluq təşkil edir ki, onların arasında UniBank da var.

Xəbər lenti

Xəbər lenti