...

ARDNŞ qazma işini azaldıb

Energetika Materials 4 Mart 2015 16:04 (UTC +04:00)
2015-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 6990 metr (ötən ay 7165 metr) qazma işi həyata keçirib.
ARDNŞ qazma işini azaldıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

2015-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 6990 metr (ötən ay 7165 metr) qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 6647 metri istismara, 343 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-fevral aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 14 155 metr qazma işi görülüb ki, bunun da 13 555 metri istismara, 600 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 8 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti