Bakı. Trend:
“Taxtakörpü Su Elektrik Stansiyası”nda cari ilin iyun ayında 6,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bu barədə Trend-ə Azərenerji ASC-dən məlumat verilib.
Bildirilir ki, bu, 2015-ci ilin müvafiq dövründəki istehsaldan 2,2 milyon kilovatsaat çoxdur.
2016-cı ilin I yarımilliyi ərzində bu elektrik stansiyasında 18,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin müvafiq dövründəki istehsaldan 3,6 milyon kilovatsaat artıqdır.