...

İlin sonunadək 23 rayonda 73 yaşayış məntəqəsi qazlaşdırılacaq

Energetika Materials 31 Yanvar 2017 17:22 (UTC +04:00)
"Azəriqaz" İstehsalat Birliyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2017-ci ilin sonunadək 73 yaşayış məntəqəsini qazlaşdıracaq.
İlin sonunadək 23 rayonda 73 yaşayış məntəqəsi qazlaşdırılacaq

Bakı. Maksim Tsurkov - Trend:

"Azəriqaz" İstehsalat Birliyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2017-ci ilin sonunadək 73 yaşayış məntəqəsini qazlaşdıracaq.

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, yanvar ayı ərzində Qusar, Oğuz, Masallı, həmçinin Goranboy rayonları üzrə 7 kənd təbii qazla təmin olunub:

"Hazırda 23 rayon üzrə (Oğuz, İmişli, Cəlilabad, Ağstafa, Ağcabədi, Beyləqan, Bərdə, Göyçay, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Ucar, Şəki, Goranboy, Göygöl, Lənkəran, Lerik, Masallı, Quba, Qusar, Xaçmaz və Şamaxı rayonları) 73 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir. Qeyd olunan yaşayış məntəqələrinin ilin sonuna kimi təbii qazla təmin olunması nəzərdə tutulub".

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib: "Bu il “Azəriqaz” ən azı 80 kəndə qaz verməlidir. Qaz xətləri çəkilməlidir. Qeyd etdiyim kimi, bizdə qazlaşdırma indi 92 faizdir. Bu ilin sonuna qədər bu, 94 faizə çatmalıdır. Səksən kəndin qazlaşdırılması minimum proqramdır. Nə qədər çox olsa, o qədər yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti