...

Bolqarıstanın energetika naziri: SOCAR-ın iştirakını alqışlayırıq (ÖZƏL)

Energetika Materials 12 Fevral 2017 10:18 (UTC +04:00)
Bolqarıstan "Çiren" yeraltı qaz anbarının genişləndirilməsi layihəsində SOCAR-ın iştirakını alqışlayır
Bolqarıstanın energetika naziri: SOCAR-ın iştirakını alqışlayırıq (ÖZƏL)

Bakı. Trend:

Bolqarıstan "Çiren" yeraltı qaz anbarının genişləndirilməsi layihəsində SOCAR-ın iştirakını alqışlayır. Bunu Trend-ə eksklüziv olaraq Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib.

"Biz mümkün qədər çox sayda şirkətlərin bu layihədə iştirakını alqışlayırıq. SOCAR-ın nümayiş etdirdiyi maraq azərbaycanlı tərəfdaşlarımızın bu layihənin həyata keçirilməsində iştirak etməyə hazır olduqlarının göstəricisidir. Digər tərəfdən, bu cür əməkdaşlıq ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün real meydança ola bilər", - deyə nazir bildirib.

SOCAR Balkan törəmə şirkətinin rəhbəri Murad Heydərov daha əvvəl bildirib ki, SOCAR Bolqarıstanda "Çiren" yeraltı qaz anbarının genişləndirilməsi layihəsində iştirak etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti