...

ANSHAD PETROL BM 15 MİLYON M3-DƏN ARTIQ SƏRBƏST QAZ SATIB

Energetika Materials 3 Avqust 2005 14:40 (UTC +04:00)

2005-ci ilin yanvar-iyul aylarında Anshad Petrol birgə müəssisəsi (BM) Azərbaycan Dövlət Neft Şirkətinə (AR DNŞ) 15,4 mln m3 sərbəst qaz satıb, bu isə 2004-cü ilin yeddi ayı ilə müqayisədə 8,9 mln m3 artıqdır. Bu barədə Trend ə Dövlət Neft şirkətində bildirilib. Anshad Petrol "Neftçala", "Xilli" və "Babazənən" müqavilə sahələrindəki quyulardan qaz çıxarır. BM-in sərbəst qazı ilk dəfə 2004-cü ilin aprel ayında 20 mln m3 həcmində satılıb.

AR DNŞ-in məlumatına görə, iyul ayında Anshad Petrol 1,1 mln m3 qaz satıb, bu isə iyunda satılmış qazın həcmindən 0,3 mln m3 azdır. AR DNŞ Anshad Petrol şirkətindən 65 min manata qaz alaraq Azəriqaz QSC-yə verir. Sonuncu isə öz növbəsində yanacağı "Azəriqazın" tərkibinə daxil olan "Aztransqaz" İB vasitəsilə paylaşdırır.

Anshad Petrol BM 1993-cü ildə AR DNŞ və Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında keçmiş "Neftçalaneft" NQÇİ əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-in operatoru Atilla Dogan Petrol olub, 1997-ci ildən isə bu füunksiyanı AR DNŞ icra edir. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrola məxsus payın 17,15%-ni alaraq layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti