...

Pa Government layihəsi çərçivəsində müstəqil qazanxanaların istismara verilməsi ilə bağlı mərasim dekağrın 7-də keçiriləcək

Energetika Materials 5 Dekabr 2005 12:58 (UTC +04:00)

PA Government Service Inc. (PA Consulting Group-na daxildir) pilot layihəsi çərçivəsində Azərbaycanın istilik təsərrüfatlarının prolblemlərinin həlli strategiyasını nəzərdə tutan müstəqil qazanxanaların istismara verilməsi mərasimi dekabrın 7-də nəzərdə tutulacaq. Bu barədə Trend ə şirkətin Bakıdakı nümayəndəsindən məlumat verilib.

Mərasimdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş, İqtisadi İnkişaf vıə Sənaye Nazirliyinin, Bakı və Suraxanı rayonunun İcra Hakimiyyətinin nümayəndələri iştirak edəcək. Həmçinin, tədbirdə Azərbaycanın baş nazirinin birinci müavini Abid Şərifovun iştirak edəcəyi də gözlənilir.

Layihənin reallaşdırılması üçün Sabunçu rayonundakı Z.Şərifov küçəsindəki 22 N-li ev seçilib. Pilot layihəsi çərçivəsində mənzildaxili istilik kommunikasiyalarının rekonstruksiyası aparılıb, binanın daxilindəki istilik təchizatı sistemi tamamailə dəyişib, elektrik sayğaclarının quraşdırılması həyata keçi rilib, binanın giriş qapısı, dam və evin yaxınlığındakı məktəb təmir olunub. Dekabrın 15-dən qazanxana işləməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti