...

Tarif Şurası mazutun tarifinin artırılması ilə bağlı AR DNŞ-lə razılaşmayıb

Energetika Materials 7 Yanvar 2006 12:38 (UTC +04:00)

Tarif Şurası (TŞ) mazutun tarifinin artırılmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin təklifi ilə razılaşmayıb. Trend in Şuranın sədri Heydər Babayevə istinadən xəbər verdiyi kimi, bu neft məhsulunun qiymətinin artırılması hər il dövlət büdcəsindən "Azərenerji"yə ayrılan dolayı subsidiyaların həcminin artırılmasına gətirib çıxarardı.

Bu məqsəd üçün 2006-cı ilin dövlət büdcəsindən 1,677 trln manat (335,4 mln yeni manat) vəsaitin ayrılması nəzərdə tutulub. Mazutun qiymətinin artırılması elektrik enerjisinini də tariflərinin artmasına səbəb ola bilər. Belə ki, elektrik stansiyaları enerjini qismən bu neft məhsulundan hasil edir.

"Azərenerji"yə dolayı subsidiyanın həcminin azaldılması məqsədilə dizel yanacağı, ağ neft, məişət soba yanacağı və təyyarə yanacağının qiymətlərinin artırılması ilə bağlı tədbirlər görülüb. Bu artım bəzən əməkdaşların əmək haqlarının ödənilməsi problemi ilə üzləşən AR DNŞ-in bəzi xərclərinin yerini doldurmağa imkan verəcək.

Tarif Şurası qiymətlərin artırılması məsələsini nəzərdən keçirərkən Rusiyadan idxal olunan qazın 1 000 m3-nin qiymətinin 110 dollara qədər artırılması ilə əlaqədar AR DNŞ-in xərclərinin yerinin doldurulmasını nəzərə almayıb.

Xəbər lenti

Xəbər lenti