...

Yanvar ayında Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü bərpa edə bilər

Energetika Materials 9 Yanvar 2006 12:22 (UTC +04:00)

Yanvar ayında Gürcüstan ötən illər ərzində enerji borclarının ödənməsi çərçivəsində Azərbaycana elektrik enerjisi tədarükünü bərpa edə bilər. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstan tərəfi ilə danışıqlar aparılır. "Gürcüstan ölkəyə elektrik enerjisinin tədarük edilməməsini həmin ölkənin İnquri SES-də mövcud problemləri ilə izah edib. Onlar söz verib ki, bu problemlər aradan qaldırıldıqdan sonra borcun qaytarılması bərpa ediləcək" -deyə M.Əsgərov qeyd edib.

Gürcüstan Azərbaycana elektrik enerjisinin tədarükünü borcun qaytarılmasına başlandıqdan 2 gün sonra dayandırıb. Azərbaycanın enrji sisteminə Gürcüstandan təxminən 2 mln kVt/s elektrik enerjisi daxil olub. Gürcüstan elektrik enerjisinin Azərbaycanın enerji sisteminə tədarükü üçün 330 kV-luq Qardabani EÖX-dən istifadə olunub.

Gürcüstanın Azərbaycana borcu 1992-ci ildən 1994-cü ilədək olan dövrdə yığılıb və 32,25 mln kVt/s üçün $17 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti