...

Qaradağ QPS-nin istismara verilməsi birinci rübün sonunadək təxirə salınıb

Energetika Materials 11 Yanvar 2006 18:36 (UTC +04:00)

Yeni avadanlıq gətirilməsinin gecikdirilməsi ilə bağlı olaraq Qaradağ qazpaylaşdırıcı stansiyasiyasının (QPS) yenidən qurulması işlərinin başa çatdırılması 2006-cı ilin I rübünün sonunadək təxirə salınıb. Bu barədə Trend ə Azəriqaznəql İB-də ("Aztransqaz" - Azərqaz QSC-nin strukturu) bildirilib.

İB-də qeyd olunub ki, Qaradağ QPS yenidən layihələşdirilib. Stansiyada baş vermiş yanğından sonra əsaslı təmir aparılıb və bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınıb. İstismar müddəti bitmiş və köhnəlmiş avadanlıq Rusiya, Ukrayna və digər ölkələrdən gətirilmiş yeni avadanlıqla əvəz edilib. Yeni avadanlığın quraşdırılması QPS-yə müasir standartlara müvafiq şəkildə fəaliyyət göstərməyə imkan verəcək.Stansiyada işlər başa çatdıqdan sonra testləşdirilmə aparılacaq və stansiya istismara veriləcək. Yenidənqurma işlərini Azərqaz international MM həyata keçirir.

Qaradağ QPS Sumqayıt da daxil olmaqla Abşeron yarımadasını fasiləsiz təbii qazla təmin etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti