...

Silk Way Çindən onlayn alınan məhsulların çatdırılmasını həyata keçirəcək (YENİLƏNİB)

Telekommunikasiya Materials 28 Noyabr 2016 13:00 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi operatoru “Azərpoçt” MMC “Silk Way” aviaişirkəti ilə birgə elektron ticarət sahəsində layihə işə salıb
Silk Way Çindən onlayn alınan məhsulların çatdırılmasını həyata keçirəcək (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanın poçt rabitəsi operatoru “Azərpoçt” MMC “Silk Way” aviaişirkəti ilə birgə elektron ticarət sahəsində layihə işə salıb.

Trend-in məlumatına görə, bunu Bakutel 2016 sərgisinin açılışına həsr olunmuş konfrans zamanı Azərbaycan rabitə və yüksək tenxologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Sərgi noyabrın 29-u başlayacaq və dekabrın 2-dək davam edəcək.

Nazir müavininin sözlərinə görə, layihə regional xarakter daşıyır və Çinin elektron ticarət platformalarından əldə olunmuş məhsulların Azərbaycana çatıdırılması üçün Silk Way tərəfindən logistikanın təşkil olunmasını nəzərdə tutur:

“Çinin elektron kiommersiya platformaları çox populyardır. Silk Way-lə birgə işə saldığımız layihə məhsulların Azərəbaycana gətirilməsi və emaldan sonra digər ölkələrə çatdırılmasını nəzərdə tutur. Artıq bu sistemin ilkin test yoxlaması keçirilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti