...

Əli Abbasov: Rabitə Nazirliyinin nizamlayıcı orqanı Azeronline Ltd ətrafında yaranan vəziyyəti müzakirə edir

Telekommunikasiya Materials 26 Oktyabr 2005 16:03 (UTC +04:00)

Noyabrın 10-da Bakıda Azərbaycanın Rabitə və İnformasiya kommunikasiyaları Nazirliyinin nizamlayıcı orqanının iştirakı ilə internet-provayderlərin Azeronline Ltd Birgə Müəssisəsi ətrafında yaranan vəziyyəti müzakirə etmək üçün iclası keçiriləcək. Trend in məlumatına görə, bu barədə oktyabrın 26-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, Azeronline Ltd tarifləri aşağı salmaqla digər 21 provayderi çətin vəziyyətdə qoyub. "Digər tərfdən biz tarifləri tədricən aşağı salmağa çalışırıq. Hərçənd ki, bir provayder tərəfindən tariflərin birdən aşağı salınması digərləri üçün problemlər yaradır. Bu inhisarın yaranmasına və digər operatorların bazardan çıxışdırılıb çıxarılmasına gətirib çıxarar ki, bu da internetin inkişafına mənfi təsir göstərə bilər ", - deyə o bildirib.

Həmçinin, Ə.Abbasov bildirib ki, həmçinin, SDMA standartında rəqəmsal simsiz telefon rabitəsi operatorlarının sayının artması inhisarın yaranmasına səbəb ola bilməz.

Xəbər lenti

Xəbər lenti