...

Rabitə Nazirliyi telefon danışıqları üçün abunə tariflərinin artırılmasını məqsədəuyğun hesab edir

Telekommunikasiya Materials 11 Noyabr 2005 18:45 (UTC +04:00)
Rabitə Nazirliyi telefon danışıqları üçün abunə tariflərinin artırılmasını məqsədəuyğun hesab edir

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi telefon danışıqları üçün abunə tariflərinin artırlmasını məqsədəuyğun hesağ edir. Trend in məlumatına görə, bu barədə noyabrın 11-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda Nazirlikdə Tarif Şurasına təqdim edilmək üçün təkliflərin hazırlanması üzrə iş aparılır.

"Əsasında Nazirlər Kabinetinə təkliflərin hazırlanacağı hesablamalara görə, hazırda lokal şəbəkədə abunə haqları hər ay 3300 manat təşkil edir. Bu rəqəm hər telefona göstərilən xidmətin maya dəyərindən 4 dəfə azdır", - nazir bildirib.

Nazir hesab edir ki, bu rəqəmin 5500 manata qədər artması beynəlxalq danışıqların tariflərinin 2 dəfə azalmasına xidmət edir ki, nəticədə bu sahədə əhəmiyyətli gəlirlərin əldə olunmasına səbəb ola bilər.

Öz növbəsində nazir bildirib ki, adı çəkilən tədbirin həyata keçiriləcəyi təqdirdə lokal danışıqlara limit tətbiq edilməyəcək.

Xəbər lenti

Xəbər lenti