...

"Unibank" 15 milyon dollar həcmində kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2014 15:33 (UTC +04:00)
"ING Group" Fireland Capital-ın vasitəçiliyi ilə Unibank-a 15 milyon ABŞ dolları həcmində kredit ayırıb.
"Unibank" 15 milyon dollar həcmində kredit cəlb edib

Azərbaycan, Bakı, 20 avqust /Trend/

"ING Group" Fireland Capital-ın vasitəçiliyi ilə Unibank-a 15 milyon ABŞ dolları həcmində kredit ayırıb.

Bankdan Trend-ə verilən məlumata görə, vəsait Azərbaycanda biznesin inkişafı layihərinin maliyyələşdirilməsinə yönləndirəcək.

Öz maliyyə göstəricilərinə görə son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan Unibank-ın fəaliyyəti, beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

Bir müddət əvvəl "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Unibank-ın uzunmüddətli reytinqini B "stabil" səviyyəsindən B "pozitiv"ə yüksəldib. "Fitch" mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olması ilə yanaşı, Unibank-ın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.

"Moody's Investors Service" beynəlxalq agentliyi də Unibank-ın reytinq qiymətləndirməsi üzrə proqnozlarını "pozitiv"ə qədər yüksəldərək, bir daha bankın uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqini isə agentlik "E+" səviyyəsində dəyərləndirib. Beynəlxalq agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, "Unibank" son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti