...

ARDNŞ Supsadan neft ixracını 10 faiz artırıb

Energetika Materials 2 Sentyabr 2014 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstanın Supsa limanından 2,3 milyon ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 1,84 milyon ton olub.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti avqustda Supsadan 242,08 min ton neft ixrac edib. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 315,4 min tona bərabər təşkil edib.

ARDNŞ ötən il ümumilikdə Supsa limanından təqribən 2,73 milyon ton neft ixrac edib. 2012-ci ildə isə ixracatın həcmi 2,74 milyon ton olub.

Qeyd edək ki, neft Supsa limanına Bakı-Supsa neft kəməri üzrə tədarük edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti