...

Azərbaycanda tanınmış brendin domen adının satışına cəhd edilib

Telekommunikasiya Materials 16 Aprel 2014 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil operatoru "Bakcell" MMC Bakcell.az domen ünvanı ilə bağlı yaranmış problemi hüquqi yolla həll etməyə hazırlaşır. Bunu çərşənbə günü Trend-ə şirkətdən deyiblər.

Hazırda Bakcell.az ünvanı istifadəçiləri avtomatik olaraq "Azercell Telecom"un internet resursuna (Azercell.com) yönləndirir.

Şirkətdən deyiblər ki, mövcud problemin yeganə həll yolu hüquqi nizamlamadır və şirkət yaxın vaxtlarda bunu etmək niyyətindədir: "Bakcell" şirkətinin rəsmi veb saytı Bakcell.com-dur. "Bakcell" brendi bilavasitə eyniadlı şirkətə məxsusdur və onun digər şəxslər tərəfindən istifadəsi qanunaziddir".

Whois.az informasiya xidmətinin məlumatına görə, Bakcell.az resursu Bərdə rayonunun sakini Qalib Hüseynovun adına qeydiyyatdan keçirilib.

Q. Musayevin sözlərinə görə, resurs həqiqətən də onun adına qeydiyyatdan keçirilib və resursu "Bakcell" şirkətinə satmağı planlaşdırıb: "Lakin qeyd edilən domen adının satışı haqqında "Bakcell" şirkəti ilə razılıq əldə etmək mümkün olmayıb".

"Azercell" şirkətindən bildiriblər ki, Bakcell.az domeninin sahibinin bu fəaliyyətinin şirkətlə heç bir əlaqəsi yoxdur və "Azercell"in məsələ ilə bağlı hər hansı məlumatı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti