...

Ağstafada atasının maşınını qaçıran məktəbli qəza törətdi: 1 ölü, 4 yaralı

Hadisə Materials 16 Sentyabr 2014 19:01 (UTC +04:00)
Ağstafada atasının avtomobilini qaçıran məktəbli ağır qəza törədib.
Ağstafada atasının maşınını qaçıran məktəbli qəza törətdi: 1 ölü, 4 yaralı

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Ağstafada atasının avtomobilini qaçıran məktəbli ağır qəza törədib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 17:00 radələrində Ağstafa rayon Vurğun qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. İçində 5 şagird olan "VAZ 21 011"-in idarəetməsini itirən Orxan Ömərli Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində avtomaşını yol kənarındakı qəsəbənin ünvanını bildirən obeliskə çırpıb.

Ağır qəza nəticəsində avtomaşının sürücüsü ilə yanaşı, sərnişinləri - Ağstafa şəhər 33-cü məhəllənin sakinləri 8-ci sinif şagirdi Kənan Əliyev, 10-cu sinif şagirləri Elşad İsmayılov, Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Y.Salıfov orada dünyasını dəyişib.

Faktla bağlı Ağstafa polisi araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti