...

Xırdalanda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Hadisə Materials 20 Dekabr 2014 23:08 (UTC +04:00)
Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.
Xırdalanda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 36 p.m yanıb.

Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti