...

Gürcüstanın Baş naziri vəzifəsinin icrasına başlayıb

Siyasət Materials 28 Yanvar 2009 18:59 (UTC +04:00)
Gürcüstanın Baş naziri vəzifəsinin icrasına başlayıb

Gürcüstan, Tbilisi, 28 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili bu gün vəzifəsinin icrasına başlayıb.

"Baş nazir bu gün bir neçə saat Dövlət Dəftərxanasında olub", - Trend -a Baş nazirin administrasiyasından məlumat verilib.

Həkimlər Mqaloblişviliyə hələlik  tam qüvvə ilə işləməyə icazə vermirlər. Xatırladaq ki, Gürcüstan prezidentinin sözlərinə görə, əvvəllər Baş nazir səhər saat 8-dən gecə saatlarınadək işləyirdi.

Baş nazir dünən  müalicə olunmaq üçün ikinci dəfə  getdiyi Almaniyayadan qayıdıb və özünün yaxşı hiss edir.

Mqaloblişvili yanvarın 20-də təkrar müayinədən keçmək üçün Münhen klinikasına gedib. Ötən ilin sonunda o, böyrək iltihabı xəstəliyi ilə həmin klinikaya aparılmışdı. Müayinədən sonra vətənə qayıdan Baş nazir yanvarın 17-də özünü yenidən pis hiss edib və Tbilisi Respublika Xəstəxanasına yerləşdirilib. Gürcü və alman həkimlərinin konsiliumundan sonra baş nazirin müalicəsinin Almaniyada davam etdirilməsinə qərar verilmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti