...

Azərbaycanın Kanadadakı səfiri "Vancouver Sun" qəzetinə müsahibə verib

Siyasət Materials 14 Sentyabr 2010 00:59 (UTC +04:00)
14-18 sentyabr 2010-cu il tarixlərində Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin Vankuver şəhərinə işgüzar səfəri nəzərdə tutulur. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanın Kanadadakı səfiri "Vancouver Sun" qəzetinə müsahibə verib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

14-18 sentyabr 2010-cu il tarixlərində Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyevin Vankuver şəhərinə işgüzar səfəri nəzərdə tutulur. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Səfər ərəfəsində Səfir F.Şəfiyev "Vancouver Sun" qəzetinə müsahibə vermişdir. Müsahibə əsasında qəzetdə "Westerners need lesson in religious tolerance" (Qərb insanlarının dini tolerantlıq mövzusunda məlumata ehtiyacı vardır) başlıqlı məqalə dərc olunmuşdur.

Məqalədə Səfir F.Şəfiyev 1918-ci ildə yaradılmış parlament respublikasının bir sıra Qərb ölkələrindən də  öncə qadınlara kişilərlə eyni səviyyədə bir sıra siyasi hüquqlar verdiyini və müsəlman aləmində ilk operanın məhz Azərbaycanda bəstələnməsini qeyd etmişdir.

11 sentyabr hadisələrinin ildönümü və Nyu-Yorkda İslam mərkəzinin tikilməsinə etiraz olaraq floridalı keşişin "Quran" yandırmaq aksiyasına toxunan Səfir Qərbin Azərbaycanın dini dözümlülük üzrə təcrübəsindən yararlanmasının vacibliyini bildirmişdir.

Bakıda 2 sinaqoq, katolik kilsəsinin və bir neçə pravoslav kilsəsinin fəaliyyət göstərdiyini qeyd edən Səfir əhalisinin əksəriyyətinin müsəlman olan Azərbaycanda bunun normal qarşılandığını vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti