...

Səməd Seyidov Serbiya üzrə məruzəçi kimi Belqradda səfərdə olacaq

Siyasət Materials 25 Oktyabr 2014 15:50 (UTC +04:00)
Səməd Seyidov AŞ PA-nın Monitorinq komitəsinin Serbiya üzrə məruzəçisi kimi oktyabrın 26-dan 29-dək Belqradda səfərdə olacaq.
Səməd Seyidov Serbiya üzrə məruzəçi kimi  Belqradda səfərdə olacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın Monitorinq komitəsinin Serbiya üzrə məruzəçisi kimi oktyabrın 26-dan 29-dək Belqradda səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatlar Rafael Hüseynov və Elxan Süleymanov isə AŞ PA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madrid şəhərində səfərdə olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti