...

Bakı DYPİ-nin şöbə rəisi mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2011 15:19 (UTC +04:00)
Trend-in məlumatına görə, bazar ertəsi "İslahatçı Gənclər" İctimai Birliyinin "Xəzər" Milli Mükafatının qaliblərinin adları açıqlanıb.
Bakı DYPİ-nin şöbə rəisi mükafata layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün "Xəzər" Milli Mükafatının qalibləri mükafatlandırılıblar.

Trend-in məlumatına görə, bazar ertəsi "İslahatçı Gənclər" İctimai Birliyinin "Xəzər" Milli Mükafatının qaliblərinin adları açıqlanıb.

Birliyin sədri Fərid Şahbazlı bildirib ki, "Xəzər" Milli Mükafatının qalibləri ölkənin müxtəlif təbəqələrini təmsil edən insanlar arasında keçirilən sorğular əsasında müəyyən edilib. Məqsəd müxtəlif istiqamətlər üzrə fəal olan şəxslərin əməyini qiymətləndirməkdir.

Mükafat 20-dən artıq şəxsə təqdim olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da "Xəzər" Milli Mükafatına layiq görülüb.

Mükafat alanlar sırasında aktiv millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai və mədəni xadimlər, media təmsilçiləri də var.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti