...

Azərbaycan stolüstü tennisçisi Fransada qızıl medal qazanıb

İdman Materials 28 Aprel 2024 05:38 (UTC +04:00)
Azərbaycan stolüstü tennisçisi Fransada qızıl medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə “WTT Youth Contender” turnirində qızıl medal qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər ki, o, Fransanın Mets şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qrup mərhələsində maksimum nəticə göstərən Quluzada 1/4 final və yarımfinalda yerli tennisçiləri məğlub edib. Onur həlledici görüşdə ispaniyalı rəqibinə qalib gələrək, qızıl medala yiyələnib.

Qeyd edək ki, Onur 4 gün əvvəl Belçikada Spa şəhərində keçirilən analoji turnirdə bürünc medala layiq görülüb. Digər təmsilçimiz Yağmur Məmmədli isə mükafatçılar sırasına düşə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti