...

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Cəmiyyət Materials 28 Aprel 2024 03:54 (UTC +04:00)
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Bakı. Trend:

“Titanik” gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib saatı 1,175 milyon funt sterlinqə (1 funt sterlinq = 2,2 manat) satılıb.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb. Bildirilir ki, saatın 150 min funt sterlinqə satılacağı ehtimal edilirdi.

Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord yenilənib. Bu gəminin sərnişininə məxsus skripka 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti