Bakı. Trend:
ABŞ-in "SpaceX" şirkəti Floridadakı kosmodromdan Avropanın "Galileo" peyki ilə birlikdə "Falcon 9" raketini kosmosa göndərib.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsində bildirib.
Məlumata əsasən, buraxılış yerli vaxtla 27 aprel şənbə günü saat 20:34-də baş verdi.