...

Azərbaycanda vətəndaşlar peyvəndlə bağlı məlumatları SMS-lə öyrənəcəklər

Cəmiyyət Materials 12 Fevral 2013 09:54 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması elektron xidmətinin tətbiqinə başlayıb.
Azərbaycanda vətəndaşlar peyvəndlə bağlı məlumatları SMS-lə öyrənəcəklər

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması elektron xidmətinin tətbiqinə başlayıb. Bu barədə Trend-ə SN-nin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib.

Onun sözlərinə görə, hazırda xidmət sınaqdan keçirilir. Xidmətdən bütün mobil operator istifadəçiləri faydalana bilərlər. Bunun üçün onlar istənilən operatordan "peyvənd" sözünü və uşağın elektron sağlamlıq kartının unikal kodunu yazaraq 9103-ə mesaj gondarmalidirlər. Bundan sonra onlara uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək.

Cəbrayıl-zadə bildirib ki, elektron sağlamlıq kartlartının verilməsi ölkə üzrə tətbiq edildiyi üçün bu xidmət də ölkə üzrə həyata keçiriləcək.

Mərkəz direktoru İmmunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması xidmətinin Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş elektron xidmətlərdən biri olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti