...

Penitensiar xidmət 25 nəfərin qulluğa qəbul olunması barədə ƏN-in rəhbərliyi qarşısında vəsatət qaldıracaq (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2014 16:17 (UTC +04:00)
Aprelin 19-da Ədliyyə Nazirliyinin müxtəlif qurumlarının və ictimai birlik nümayəndələrinin daxil olduğu "Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası"nın iclası keçirilib.
Penitensiar xidmət 25 nəfərin qulluğa qəbul olunması barədə ƏN-in rəhbərliyi qarşısında vəsatət qaldıracaq (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 19-da Ədliyyə Nazirliyinin müxtəlif qurumlarının və ictimai birlik nümayəndələrinin daxil olduğu "Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası"nın iclası keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, növbəti müsabiqə komissiyasında 30 namizədin ədliyyə orqanlarında orta rəis heyətinə qulluğa qəbul olunması məsələsinə baxılıb. Müsabiqədə iştirak edən namizədlərdən bilik və hazırlıq səviyyəsinə, peşə hazırlığına görə seçilən 25 nəfər namizədin qulluğa qəbul olunması barədə Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırılacaqdır.

Sonda müsabiqənin ilk mərhələsini uğurla başa vuran orta rəis heyətinə namizədlərə Ədliyyə Nazirliyi və onun tərkib hissəsi olan Penitensiar xidmətin fəaliyyət istiqamətləri, eləcə də ədliyyə əməkdaşı adını daşımağın nə dərəcədə şərəfli olması ilə yanaşı, bu orqana daxil olmaq arzusunda olan hər bir vətəndaşın yüksək məsuliyyət hissinə, qətiyyət və prinsipiallığa, saf və soyuqqanlılıq kimi xarakterik xüsusiyyətlərə malik olmasının vacibliyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti