...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakının Nizami rayonunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2014 10:36 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə mövzuya uyğun yaradılmış sərgi ilə tanış olublar.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakının Nizami rayonunda tədbir keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayonu 201 saylı orta məktəbdə "Vətən mənə oğul desə nə dərdim..." vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları öncə mövzuya uyğun yaradılmış sərgi ilə tanış olublar.

Akt zalında davam etdirilən tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov deyib ki, gənclik hər bir millətin inkişafının təməl daşıdır: "Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır".

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır: "Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir".

Tədbirdə çıxış edən 201 saylı orta məktəbin direktoru Süsən Salmanova və digərləri qeyd ediblər ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.

Sonra məktəb kollektivinin hazırladığı "Vətən mənə oğul desə nə dərdim..." adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda, gənc rəssamlar mövzuya uyğun çəkdikləri şəkilləri qonaqlara təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti