...

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Cəmiyyət Materials 1 İyul 2014 13:01 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə saatlarında bəzi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gündüz şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 2-də Azərbaycanın əksər bölgələrində yağmursuz hava şəraiti proqnozlaşdırılır, lakin əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 14-19, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Mülayim hava şəraiti yaxın 2-3 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti