...

Azərbaycan və Gürcüstan Dəmiryolçularının arasında «Dostluq» kuboku uğrunda mini futbol yarışı keçirilmişdir (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2014 20:00 (UTC +04:00)
Azərbaycan və Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqları arasında əməkdaşlığın gücləndirilməsi, bədən tərbiyəsi və idmanın kütləvi inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsi, Həmkarlar ittifaqı təşkilatlarının bu sahədəki fəaliyyətlərinin canlandırılması, HİK üzvlərinin sağlamlıqlarının möhkəmləndirilməsi, idmanla məşğulluğa cəlb olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycan və Gürcüstan Dəmiryolçularının arasında «Dostluq» kuboku uğrunda mini futbol yarışı keçirilmişdir (FOTO)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan və Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqları arasında əməkdaşlığın gücləndirilməsi, bədən tərbiyəsi və idmanın kütləvi inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsi, Həmkarlar ittifaqı təşkilatlarının bu sahədəki fəaliyyətlərinin canlandırılması, HİK üzvlərinin sağlamlıqlarının möhkəmləndirilməsi, idmanla məşğulluğa cəlb olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

30 avqust 2014-cü ildə Azərbaycan və Gürcüstan dəmiryolçularının komandaları arasında, "Dostluq" kuboku uğrunda, mini futbol yarışı keçirilmişdir.

Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən "Lokomotiv" İstirahət Mərkəzinin stadionunda keçirilən qarşılaşma başlamazdan əvvəl Azərbaycan Dəmiryolçularının MHİRK-in sədri Fəzail Bağırov və Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqının sədri Zurab Nasaraya çıxış edərək qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyindən danışdılar.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan dəmiryolçularının 3:1 hesablı qələbəsi ilə başa çatmışdır.

Yarışın sonunda qaliblərə kubok və mükafatlar təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti