...

Türkiyədə Facebook-a giriş qismən məhdudlaşdırılacaq

Dünya xəbərləri Materials 26 Yanvar 2015 10:35 (UTC +04:00)
Ankara məhkəməsinin qərarı ilə Türkiyədə Facebook sosial şəbəkəsinə giriş qismən məhdudlaşdırılacaq.
Türkiyədə Facebook-a giriş qismən məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara məhkəməsinin qərarı ilə Türkiyədə Facebook sosial şəbəkəsinə giriş qismən məhdudlaşdırılacaq. Bu barədə Trend bazar ertəsi "Milliyet" qəzetinə istinadən xəbər verir.

Bundan əlavə, Türkiyədə həmin sosial şəbəkənin İslama nifrəti təbliğ edən və İslamın dəyərlərini təhqir edən bəzi akkauntlarından istifadə də məhdudlaşdırılacaq.

Yanvarın 14-də məlumat verilmişdi ki, Türkiyədə bir sıra sosial şəbəkələrə, o cümlədən "Twitter" və "Facebook"a girişin qadağan edilməsi gözlənilir.

Bu, ötən il Adanada Türkiyə kəşfiyyatının (MİT) yük maşınlarının saxlanılması haqqında bir sıra materialların internetdə yayılması ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti